(012) 373 73 77

(077) 373 73 77

(050) 373 73 73

LAYIHƏ HAQQINDA

>

Layihə haqqında

İnfrastruktur

Kompleksimizin ətrafında bir neçə supermarket , gözəllik salonu , restoranlar ,baxçalar, poliklnika eləcə də məktəb yerləşir. Nəzərinizə çatdırmaq istərdik ki, məktəb kompleksimizə 10 dəqiqəlik ayaq məsafəsində ,poliklinika isə 1 km məsafədə yerləşir. Əlavə olaraq qeyd etmək istərdik ki , Heydər Əliyev adına Beynəlxalq Hava Limanına 10 dəqiqəlik məsafədə yerləşir



Nəqliyyat

Yeni kompleksin yaxınlığında avtobus dayanacağı var. Burada minimum hərəkət fasiləsi altı dəqiqə təşkil edən beş marşrut fəaliyyət göstərir. Ən yaxın «Həzi Aslanov» metro stansiyası yarım saatlıq piyada yolu məsafəsində yerləşir, avtobus ilə isə beş dəqiqəyə çatmaq mümkündür. Heydər Əliyev adına Beynəlxalq Hava Limanı on səkkiz kilometrlik məsafədə yerləşir.



Memarlıq

Kompleksimiz son texnologiyalar imkanı nəzərə alınmaqla layihələndirilmiş unikal iyirmi mərtəbəli binadan ibarətdir. Bina beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli ekoloji cəhətdən təhlükəsiz, materiallardan inşa olunur. Binanın monolit dəmir beton karkası konstruksiyanın yüksək zəlzələ davamlılığını təmin edəcək və tikinti şirkətinə gələcək müştərilərə çox sayda mənzil planlaşdırması variantları təklif etməyə imkan verəcəkdir. Xarici divarları yüksək enerji səmərəliliyini təmin edən və il boyu lazımi səviyyədə rahatlığı saxlamaq üçün xərcləri azaldan istilik izolyasiyası olunur və asılı ventilyasiya sistemləri ilə üzlənir.



Bina təchiz olunur

Bina, fövqəladə enerji təminat sistemi, qəza su anbarı və mənzillərin fasiləsiz su təminatı sistemi və yanğın siqnalı ilə təchiz olunub. O cümlədən giriş qrupları təbii daşla üzlənib. Binada qorunacaq divarları təbii daşdan yerinə yetirilmiş açıq şüşələnməmiş eyvanlar nəzərdə tutulub.



Üstünlükləri

Baku Pearl Residence yaşayış kompleksinin pəncərələri dünya standartlarına cavab verən Almaniya istehsalı olan Shüco brendinə məxsusdur.Profil 80 mm qalınlığa malikdir. Şüşə isə digər şüşələrə nisbətən 5 qat zərbəyə davamlı temperli şüşə ilə təchiz olunub. Bundan başqa kompleksimizin qapıları Dortek , su kanalizasiya sistemləri Fırat boru , elektrik kabelləri isə Prysmian brendinə məxsusdur.Baku Pearl Residence-də Premium liftlər quraşdırılıb. Hər binada 3 lift olmaqla, 2 ədəd lift sakinlər, 1 ədəd lift isə yük daşınması üçündür. Baku Pearl Residence-in daha bir üstünlüyü mərmər ilə üzlənmiş işıqlı və müasir lobbidir. Binanın xarici fasad örtüyündə Almaniya istehsalı olan "S T O" firmasının məhsulları istifadə olunur.